Şirkətlər işə götürmək üçün astroloq və falçı axtarır

09:10 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada şirkətlərin astroloq və falçı vəzifələrinə işə qəbul elanlarında əhəmiyyətli artım var.

Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, ölkənin ən böyük ərzaq pərakəndə satışı şirkəti “X5 Group” “tarot oxucu”nun işə qəbulunu elan edib. İş təsviri "müxtəlif nəsillərdən olan işçilər arasında məhsuldar dialoqun təmini, yeni heyətin öncəgörən proqnozlarına və fərdi xüsusiyyətlərinə uyğunlaşdırılması üsullarının yaradılması" kimi ifadə edilib.

İnsan resursları şirkəti “Head Hunter”in səlahiyyətliləri, ölkədəki şirkətlərin astroloq və falçı vəzifələrinə kadr tələblərinin bir ildə 128 faiz artdığını açıqlayıb.

Oxunma sayı 49