Yazını böyüt
Yazını kiçilt
Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2 880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrəhimov saxlanılıb.
Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.