Möhtərəm cənab Prezident.
Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.
Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.
Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun.
Hörmətlə,
Sahibkar Qurbanxan Dəmirov
Azərbaycan Respublikası, Şirvan şəhəri.