Siyəzəndə səkkiz küçəyə asfalt döşənir

20:14 21.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzəndə şəhərdaxili avtomobil yollarının yenidən qurulması işləri davam edir.

Hafta.az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində şəhərin Heydər Əliyev və Murtuza Muxtarov küçələrinə asfalt döşənməsi başa çatdırılıb. Asfalt döşənən küçələr genişləndirilir, həmçinin sakinlərin rahat hərəkət etməsi üçün piyada səkiləri yenidən qurulur.

Siyəzən Rayon İcra Hakimiyyətindən azertac-a bildirilib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda 8 küçədə yenidənqurma işləri aparılır. Bu küçələrə ümumilikdə 23 min kvadratmetr asfalt döşənəcək. Yenidənqurma işləri aparılan küçələrin böyük hissəsi yeni yaşayış massivlərini əhatə edir.