Slovakiya parlamenti Rusiyanı “terrorçu dövlət” kimi tanıyıb

19:00 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Slovakiya Milli Şurası bir daha Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bu barədə “Aktuality” nəşri məlumat yayıb.

Slovakiyalı deputatlar bu gün qəbul etdikləri qətnamədə Rusiyanın mülki şəxslərə, mülki obyektlərə və Ukraynanın əsas enerji strukturuna qarşı irimiqyaslı hücumlarını pisləyiblər.

Qətnamədə həmçinin hazırkı Rusiya rejimi “terrorçu”, Rusiya isə “terrorizmin dövlət sponsoru” adlandırılır.