SN: Uşaqlara peyvənd vurulması ilə bağlı poliklinikalara müraciət azalıb

16:33 11.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Son vaxtlar pandemiya ilə əlaqədar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciət azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19" mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, əsas diqqət COVID-ə yönəldiyinə görə uşaqların bir sıra planlı peyvəndləri gecikə bilər: "Amma  bu peyvəndlər mütləq olunmalıdır. Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir”.