Dünyanın ən ucqar gecə klubu Şotlandiyanın Koll adasında açılır. Şirkətin Detour Discotheque adlı layihəsi çərçivəsində açılacaq gecə klubu Şotlandiyanın qərbində Hebrid arxipelaqında yerləşən Koll şəhərinin An Cridhe bölgəsində qurulacaq.
Hafta.az-ın DJ Mag-a istinadən yazdığına görə, təxminən 200 nəfərin yaşadığı bu adada açılacaq gecə klubunda 22-23 sentyabr tarixlərində müxtəlif sənətçilər konsert verəcək.
Təşkilatçı Conni Ensall 250 nəfər tutumunun iki gün üçün nəzərdə tutulduğunu bildirərək, tədbir haqqında bunları söyləyib: “Bu hadisə Yer kürəsində gözlənilməz yerlərdə soxulcan dəliyi kimidir. Bu il də kosmik hadisə ulduzlarla dolu səması ilə məşhur olan kiçik bir Şotland adasındakı Kollda baş verir”.
Böyük Britaniyanın köklü musiqi jurnallarından olan NME-nin "dünyanın ən ucqar gecə klubu" kimi xarakterizə etdiyi tədbirin biletləri 80 funt-sterlinqdir.
Tədbirdə Şotlandiyanın Cosmic Ceilidh Band qrupunu britaniyalı DJ-lər Auntie Flo və Fri Lovei müşayiət edəcək.
Qeyd edək ki, “Detour Discotheque” ötən il aprelin 29-30-da İslandiyanın West Fjords yarımadasındakı Thingeyri şəhərində gecə klubu açıb. Bu qəsəbədə 246 nəfər yaşayır.