Stoltenberq Ukrayna üçün “dəhşətli qışın başlanğıcı” barədə danışıb

17:01 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq Buxarestdə mətbuat konfransı zamanı bildirib ki, Ukraynanın infrastrukturuna “sakinləri istilik, işıq və qidadan məhrum edən” hücumlar “Ukrayna üçün qışa dəhşətli başlanğıcdır”, Hafta.az xəbər verir.

Baş katib eyni zamanda enerji böhranı və ərzaq qiymətlərinin sıçrayışı ilə əlaqədar Aİ ölkələri üçün də “ağır günlərin” gəldiyini qeyd edib, NATO və Aİ ölkələrinə Kiyevi dəstəklədiklərinə görə təşəkkür edib və bildirib ki, Ukraynaya yardım davam edəcək.

Oxunma sayı 1854