Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun ermənilərin məskunlaşdırıldığı hissəsini müvəqqəti(!) nəzarətdə saxlayan Rusiya “sülhməramlı” hərbi kontingentinin son günlər təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov Bakıdakı danışıqların nəticələrini Xankəndindəki separatçı-terrorçu rejim rəhbərliyi ilə müzakirə edib.
Hafta.az xəbər verir ki, bu barədə məlumatı separatçı nəşrlərə kriminal rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan çatdırıb.
“Müzakirələrin nəticələrinə görə, situasiyada müsbət dəyişikliyə nail olmaq və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Ən qısa müddətdə yeni görüş keçirilməsi planlaşdırılır, onun nəticələri əlavə olaraq bildiriləcək”, - deyə Qurgen Nersisyan bildirib.
Qeyd edək ki, separatçı və revanşist haykların dərdi Azərbaycan dövlətinin aprelin 23-də Laçın-Xankəndi yolunun girişində - Ermənistanla dövlət sərhədində qurduğu nəzarət-buraxılış məntəqəsinin götürülməsidir. Və təbii ki, onlar buna nail ola bilməyəcəklər...