Sülhməramlıların da dərsi elə verilməlidir ki... - Çağırış

16:45 06.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xankəndi, Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu işğalçı separatçılardan təmizlənməli, o ərazilərdə də bizim bayrağımız dalğalanmalıdır.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Laçın dəhlizi boyunca Şuşanın çoxsaylı kəndləri var:

“Bunların da taleyi həll olunmalıdır. O ərazilər rus sülhməramlılarının nəzarətində qalmamalıdır. Laçın dəhlizində, Ermənistanla sərhəddə hamımızın arzu etdiyimiz kimi səhrədçilərimiz dayanmalıdır.

Orada bizim sərhəd-keçid məntəqələrimiz olmalıdır.

Sülhməramlı bizim üçün sərhəd qoruyan deyil. Sülhməramlılara da müəyyən məhdudiyyətlər qoyulmalıdır. Yeri gələndə onların dərsi də verilməldir ki, sən bura sülhməramlı kimi gəlmisən, erməniməramlı kimi yox. Sülhməramlıların qeyri-qanuni hərəkətəri həddən arrtıq çoxdur. Biz onların Azərbaycan qanunlarının ziddinə olan hərəkətlərinin qarşısının alınmasını gözləyirik”.

Siyasət rubrikasından digər xəbərlər