Yazını böyüt
Yazını kiçilt
Xəzər dənizinin Sumqayıt sahilində bir nəfər çimərkən boğulub. Hadisə saat 17:00 radələrində “Amor” istirahət mərkəzi yaxınlığında baş verib.
Hafta.az xəbər verir ki, batan şəxsin 1986-cı il təvəllüdlü Əmiraslanov Ruslan Duman oğlu olduğu müəyyən olunub.
Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır.