Sumqayıt TKQ rəisinin saxlanılması xəbəri həqiqəti əks etdirmir - Aztelekom

22:12 19.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Aztelekom" MMC bildirir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hafta.az xəbər verir ki, bu "Aztelekom" MMC-nin rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş paylaşımda qeyd olunur.

Bildirilir ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.