Sumqayıtda mənzildə kişi meyit aşkarlanıb

10:23 23.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən hafta.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.