Sumqayıtda mənzildən 8 min dollar oğurlanıb

11:21 19.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Məmmədov müəyyən olunaraq saxlanılıb.