Sumqayıtda qatar "KamAZ"la toqquşub

13:57 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda qatarın "KamAz"la toqquşması hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hafta.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb:

"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə ilə bağlı araşdırma aparılır. ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır".