Koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri Sumqayıt şəhəri ərazisində də davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Sumqayıt şəhərində bu gün 92 nəfər xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
Sumqayıt şəhərində polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.