Yazını böyüt
Yazını kiçilt
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini H.Xaliqovu ictimai yerdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıblar.
Bu barədə müvafiq səhiyyə qurumu da məlumatlandırılıb.