“Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verilib

13:10 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə başlayıb.

Nazirlikdən verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunub.

Oxunma sayı 20