Şuşa və Gədəbəyə dolu düşüb

19:46 13.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 13-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata əsasən, mayın 13-ü saat 18:40-18:53 radələrində Şuşa şəhərinə diametri 12-16 mm, Gədəbəy rayonunda isə saat 19:01-19:10 radələrində diametri 11 mm olan dolu düşüb.