Yazını böyüt
Yazını kiçilt
Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, mina partlaması nəticəsində həlak olanlar Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyevdir.
Qeyd olunub ki, onlar bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman minaya düşərək həlak olublar.
Faktla bağlı araşdırma aparılır.