Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

18:31 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanlarının xatirəsi anılıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildiriblər ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi anım mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.

Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak ediblər.