Şuşada yeni məktəbin tikintisinə başlanılıb

13:20 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:

"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir:

"Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Oxunma sayı 19