Şuşadan köçən erməni ailəsi qanunsuz olaraq Xocavənddə məskunlaşdı...-FOTO

18:53 23.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

44 günlük savaşdan sonra  Şuşadan köçən  Bella Stepanyan əri və 6 azyaşlı övladıyla Xocavəndin Qağartsi kəndində məskunlaşıb.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni mediası məlumat yayıb.

Qağartsi kəndində qanunsuz olaraq məskunlaşmış bu erməni ailəsinə Qırmızı Xaç Komitəsi də yardım edib. Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “sosial müdafiə və miqrasiya nazirliyi” ailəni mebellə təmin edib.

Stepanyanlar ailəsi donuz və toyuq saxlayır. Həyətyanı sahədə əkin işləri aparırlar. Ermənilər toyuqların sayını artırmaq üçün bu Azərbaycan torpağında buğda əkməyə hazırlaşırlar.