Syerra-Leonedə benzindaşıyan maşın partlayıb - 100-dən artıq ölən var

20:58 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzindaşıyan maşın partlayıb. Partlayış nəticəsində 100 nəfərdən artıq insan ölüb.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, partlayış səhər tezdən yanacaq daşıyan yük maşını qəzaya uğradıqdan sonra baş verib. Onun ətrafına toplaşan insanlar ətrafa tökülən yanacağı toplamağa çalışıblar. Bu zaman partlayış və alovlanma baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.