Yazını böyüt
Yazını kiçilt
Çin Milli Zəlzələ İzləmə Mərkəzinin məlumatına görə, Tacikistanda Çinlə sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.
Mənbənin dərinliyi 10 km olub.
Bundan sonra 4,8 bal gücündə, həmçinin 10 km dərinlikdə daha bir zəlzələ baş verib. İki dəqiqə sonra Çin Zəlzələlərə Nəzarət İdarəsi eyni fokus dərinliyi ilə 4,5 bal gücündə yeni təkan olduğunu bildirdi.
Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.