Talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib

18:27 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən akademik Zərifə Əliyevanın doğum günü münasibətilə rayon təşkilatının qərargahında qanvermə aksiyası keçirilib.

Hafta.az xəbər verir ki, aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisə, ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən 150 nəfərdən çox partiya fəalı iştirak edib.

Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.