Taliban ABŞ-dan qalan hərbi maşınları təmir edərək orduya verib

10:05 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın yeni İslam Əmirliyi administrasiyası ABŞ qüvvələrinin tərk etdiyi bir çox hərbi maşınları təmir edərək yenidən hərbi qüvvələrin istifadəsinə verib.

Hafta.az-ın yazdığına görə, 2021-ci ilin avqustunda ABŞ qüvvələri Əfqanıstandan çıxarılarkən çox sayda hərbi maşınları geridə qoyub. Sözügedən hərbi maşınların daşınma xərcləri öz qiymətindən çox onlar Əfqanıstanda qalıb, lakin bütün maşınlar mühərrikləri və mexaniki hissələri zədələnərək məhv edilib.

Hərbi quru maşınları ilə yanaşı, çox sayda təyyarə, helikopter, radarlar və digər hərbi texnika da məhv edilib. Məlum olub ki, dağılmış maşınların əhəmiyyətli hissəsini təmir etmək mümkün olmayıb.

Bildirilib ki, İslam Əmirliyi administrasiyasının texniki qrupları maşınlardan 306-nı təmir edə bilib və istifadəyə verilib. O da qeyd olunub ki, təmir edilən avtomobillər arasında 150 “Kamaz”, 4 yük maşını, 125 “Humvee”, 2 tanker, 10 yük qaldırıcı, 15 “Humvee” təcili tibbi yardım maşını olub.

Bu arada, İslam Əmirliyi administrasiyasın diplomatik təşəbbüsləri sürətlənir. Bir müddət əvvəl İran və Türkiyədə, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Əfqanıstan Baş Konsulluğuna diplomatlar təyin edilib.

İslam Əmirliyi administrasiyasının sözçüsü Zəbihullah Mücahid son təyinatlarla bağlı açıqlama verərək deyib ki, keçmiş hökumətdən olan diplomatlar İslam Əmirliyi administrasiyası ilə koordinasiyada işləyirlər. Bir çox ölkəyə yeni diplomatların təyin edildiyini vurğulayan Mücahid, ən azı 14 ölkəyə diplomatların göndərildiyini qeyd edib. Mücahid bildirib ki, onun diplomatları İstanbul, İslamabad, Dubay, Moskva, Pekin, Astana kimi şəhərlərdə, eləcə də bəzi digər ərəb və Afrika ölkələrində fəaliyyət göstərirlər.

Bu təyinatlarla İslam Əmirliyi administrasiyası üzərindəki diplomatik təcridin qarşıdakı dövrdə mərhələli şəkildə aradan qaldırılacağı düşünülür. Lakin Əfqanıstanda idarəçiliyi ələ keçirmələrindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, heç bir ölkə İslam Əmirliyi hakimiyyətini rəsmən tanımayıb.

Oxunma sayı 232