Taliban qoruyucuları da qadağan etdi

18:23 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın iki ən böyük şəhərində - Kabil və Məzari-Şərifdə prezervativ satışı qadağan edilib.

"The Guardian" yazır.

Onların qadınlar tərəfindən istifadə edilməsini Taliban müsəlmanlar arasında doğuşa nəzarəti həyata keçirmək üçün “Qərbin planı” adlandırırıb.

Bildirilir ki, silahlı döyüşçülər hər bir aptekdə prezervativ və digər kontraseptivləri yoxlayır, mama və ginekoloqları hədələyir. Kabil və Məzari-Şərifdəki əczaçılar təsdiqləyiblər ki, onlara kontraseptiv dərmanlar saxlamamaq əmri verilib.

Əfqanıstanda hər 15-ci qadın səhiyyə sisteminin inkişaf etməməsi səbəbindən doğuş zamanı ölür.
2022-ci ilin sonundan Əfqanıstanda qızların ibtidai məktəbə getməsi qadağan edilib. Belə ki, hazırda ölkədə qadınların hər hansı təhsil alması faktiki olaraq qadağandır.
Qadınlara məktəblərdə işləmək və müəllimlik etmək də qadağandır.