Netflix izləyiciləri ilk dəfə 2022-ci ildə ekranlara çıxan kriminal dramın yeni sezonunun yayımlanması ilə dəli oldular.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, “Entrevías” nəvəsini qaçıran Madrid dəstəsindən qisas almağa çalışan müharibə veteranının hekayəsindən bəhs edir.
Adını hadisələrin yaşandığı məhəllədən alan serial 3 sezon və ümumilikdə 32 bölümdən ibarətdir.
Nəvəsini bəladan uzaq tutmağa çalışan Tirso Abantos obrazını canlandıran 66 yaşlı təcrübəli aktyor Xose Koronadonu Nona Sobo, Felipe Londono və Luis Zahera müşayiət edir.
Netflix, 18 yaşından kiçiklər üçün uyğun olmadığını bildirdiyi cinayət serialının süjetini belə xülasə edir: “Onun məhəlləsini ələ keçirən narkotik alverçiləri 17 yaşlı nəvəsini təqib edəndə, müharibə veteranının səbri tükənir və problemi öz metodları ilə həll etməyə qərar verir”.
Seriala Netflix-də baxdığını bildirən sosial media istifadəçisi X hesabında bunları yazıb: "Entrevías” adlı bu ispan dramasına aludə oldum. Gərginlik, hərəkət, bir az şiddət. Amma çox yaxşıdır! Üstəlik, yeni sezonda da var”.
Kriminal serialın digər pərəstişkarları da Netflix istehsalını təriflədilər. "Mən “Entrevías”ı sevirəm" deyə bir istifadəçi öz hisslərini qısa şəkildə ifadə edib.
Başqa bir izləyici serialın qüsursuz olduğunu iddia edib: “Netflix-də “Entrevías”ı 10-dan 10-a verirəm”.
Bir izləyici də seriala baxmaqdan doymadığı üçün yata bilmədiyini yazıb: “Entrevías” serialına aludə olmuşam, sadəcə yata bilmirəm”.
“Daily Mail” qəzeti də tamaşaçılar tərəfindən sevilən serialın 4-cü sezonu ilə davam edəcəyini açıqlayıb.
Serialda Santi obrazını canlandıran Miguel Angel Jimenezdən İnstaqramda "4-cü sezon olacaqmı?" soruşublar. 42 yaşlı ispan aktyor şad xəbəri verməyə tələsib: "Əlbəttə. Artıq davamı çəkilib".