Taxta sexində yanğın olub

19:07 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 150 m² olan taxta sexinin çardağının yanar konstruksiyaları (şüşə-pambıq və penoplastdan ibarət) 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.