Tayvan adanı Çindən “müdafiə etmək” üçün Amerikanın müdafiə şirkətlərindən minə yaxın hücum pilotsuz təyyarəsi almaq üçün ABŞ ilə rəsmi müqavilə imzalayıb. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
“Tayvanın Müdafiə Nazirliyi ABŞ hökuməti ilə 1000-ə qədər hücum aparatının alınmasına icazə verən rəsmi müqavilələr imzalayıb”, - nəşr yazır.
Qeyd olunur ki, sifariş icraçısı AeroVironment Inc və Anduril Industries Inc. ola bilər.
Agentliyin fikrincə, belə bir addım “ada demokratiyasına Çinin potensial hücumunun qarşısını almağa kömək edəcək”.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana 2 milyard dollar dəyərində silah satışına cavab olaraq Pekinin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün “əks tədbirlər” görəcəyini vəd etmişdi.