Yazını böyüt
Yazını kiçilt
Tayvan adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Hualyan şəhərindən 85 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.