Tbilisi prospektində tıxac - FOTO

14:40 11.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Hazırda paytaxt Bakının əsas mərkəzi yollarından birində - Tbilisi prospektində və Qələbə dairəsi istiqamətində tıxac yaranıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, karantin rejiminin ciddiləşməsindən sonra ilk dəfədir ki, adıçəkilən yolda tıxac yaranıb. Tıxacın uzunluğu kilometrlərlə ölçülür.

Qeyd edək ki, aprelin 5-dən etibarən paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.