Yazını böyüt
Yazını kiçilt
Nərimanov Tibb Mərkəzində təmir işləri davam edir. Məqsədimiz odur ki, ilin sonunadək bu mərkəzdə təmir işləri yekunlaşsın.
Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
V.Qurbanov, həmçinin Bakı şəhərindəki bir sıra poliklinikalarda da təmir işləri aparıldığını bildirib.
Onun sözlərinə görə, əvvəllər 5 saylı doğum evi kimi tanıdığımız Bayıl ərazisindəki doğum evində hazırda təmir işləri həyata keçirilir. Təmirə başlamış xəstəxanalarımızın ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsini istəyirik.