Təəssüf ki, bu gün Azərbaycan Dili dərsinin tədris saatları qısaldılıb - Professor

17:35 21.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Təəssüf ki, bu gün Azərbaycan Dili dərsinin tədris saatları qısaldılıb. Ana dilini yaxşı bilməyən heç bir insan hara gedərsə getsin inkişaf edə və peşəkarlaşa bilməz.

Bu fikirləri hafta.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib:

 “Bu düzgün deyil. Bir digər təəssüf doğuran məqam isə Nitq Mədəniyyəti fənninin tədrisinin dayandırılması ilə bağlıdır. Ölkə prezidentinin təşəbbüsü ilə bütün ali məktəblərə nitq mədəniyyəti dərsi tədris olunurdu. Ancaq daha sonra həmin fənnin tədris saatı azaldıldı, daha sonra isə ümumiyyətlə yığışdırıldı. Əvəzində, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adında dərslik təyin edildi. Maraq üçün deyim ki, bu yeganə dərslikdir ki respublikanın bütün ali məktəblərində tədris olunur. Şəxsi təşəbbüsüm və vəsaitim hesabına kitabı təhsil ocaqlarına paylamışam. Yaxşı olardı ki, belə kitabların bütün təhsil müəssisələrinə paylanmaslında Təhsil Nazirliyi də maraqlı olardı”.