Telefon satışı mağazasında yanğın olub

22:21 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı telefon satışı mağazasının 1 otağının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb, yüksək temperaturdan içərisindəki mallar əriyib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 20