Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17:07 17.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.