Tərtərdə baş verən mina partlayışı ilə bağlı cinayət işi başlanıb

21:28 28.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcəkdir.