“Tesla” İsveçin dövlət qurumlarını məhkəməyə verdi

09:50 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlon Maskın sahibi olduğu elektrikli avtomobil nəhəngi Tesla, İsveçdəki fabriklərində davam edən tətilə görə dövlət qurumlarına qarşı açdığı iddiada məhkəmə tərəfindən haqlı olaraq tapıldı.

Hafta.az-ın yazdığına görə, bazar ertəsi İsveçin şərqindəki Nörrköping şəhərində təqdim edilən petisiyada “Tesla” iddia edib ki, İsveç Dövlət Nəqliyyat Agentliyi və PostNord poçt şirkəti şirkətə qarşı "qanuni əsası olmayan ayrı-seçkilik hücumları" başladıb.

ABŞ avtomobil nəhənginin işi poçt işçilərinin İsveçdəki “Tesla” fabriklərində davam edən tətildə iştirakından sonra baş verib. İsveçin ən böyük həmkarlar ittifaqlarından olan IF Metall şirkətinə bağlı 130 işçi oktyabrın 27-dən İsveçdəki 8 “Tesla” fabrikində tətil edir.

PostNord-da işçiləri təşkil edən İsveç Xidmət və Rabitə İşçiləri Həmkarlar İttifaqı (SEKO) noyabrın 20-də tətilə qoşularaq “Tesla” avtomobilləri üçün istehsal edilən nömrələri sahiblərinə qaytarmayacaqlarını açıqlayıb.

İsveç Nəqliyyat Agentliyi də PostNord ilə müqavilə bağladıqlarını, ona görə də avtomobil nömrələrini verə bilmədiklərini bildirib.

Şikayət mətninə görə, “Tesla” iddia prosesi davam edərkən, sözügedən avtomobilin nömrələrinin yığılmasını istəyib.

İsveçin aparıcı qəzetlərindən olan “Aftonbladet”in məlumatına görə, Nörrköpinq məhkəməsi “Tesla”nın tələbini haqlı hesab edib. Məhkəmə ilk iclas günü çıxarılan aralıq qərarında İsveç Nəqliyyat Agentliyindən 7 gün ərzində avtomobillərin nömrələrinin “Tesla”ya çatdırılmasını istəyib. Qurum bunu etməsə, 1 milyon kron cərimə ödəyəcək.

İsveç Nəqliyyat Agentliyindən Anna Berqqrund bildirib ki, aralıq qərar onlara çatdırılıb, lakin onlar hələ hansı yol xəritəsini izləyəcəklərinə qərar verməyiblər.

“Tesla”ya qarşı həmkarlar ittifaqı mübarizəsini idarə edən IF Metall şirkətinin məlumatına görə, şirkət işçilərin əməkhaqqı, pensiya və sığorta hüquqlarını təmin edəcək kollektiv müqavilə ilə razılaşmır. IF Metall şirkətindən Veli-Pekka Saikkala bildirib ki, ABŞ şirkəti dövlət qurumlarını məhkəməyə verməklə prosesi çətinləşdirib. Saikkala, "Bu vəziyyəti həll etməyin sadə və sürətli bir yolu var, o da kollektiv müqavilə imzalamaqdır. “Tesla” bunu edən kimi münaqişə sona çatır" deyir.

Mask cümə axşamı öz Twitter hesabında işçilərin tətili ilə bağlı ilk açıqlamasını verib və aksiyanı "dəlilik" adlandırıb.

Oxunma sayı 205