Təyyarə binaların arasına çırpıldı - VİDEO

23:38 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə kiçik mühərrikli təlim təyyarəsi binaların arasına çırpılıb. 

Hafta.az TRT-yə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində Yunuseli hava limanı yaxınlığında baş verib. Həmin görüntülər təhlükəsizlik kamerasına düşüb. Təyyarənin düşdüyü yerdə yanğın baş verib.

Təyyarənin pilotu və köməkçi pilot hadisə nəticəsində həlak olublar.