Tibbə məlum olmayan xəstəlik yayılır, 627 nəfər yoluxdu, 4-ü öldü

18:15 15.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Keniyada ortaya çıxan və hələ də diaqnozu qoyulmayan müəmmalı xəstəliyin 627 nəfərə yoluxduğu bildirilib.

Hafta.az-ın yazdığına görə, Keniyada sürətlə yayılan xəstəliklə bağlı açıqlama verən bu ölkənin Səhiyyə Nazirliyinin Səhiyyə Baş direktorunun müavini Patrik Amot hələ diaqnozu qoyulmayan xəstəliyə 627 nəfərin yoluxduğunu, 4 nəfərin isə artıq dünyasını dəyişdiyini açıqlayıb.

Paytaxt Nayrobidəki son vəziyyətlə bağlı açıqlama verən Amot, "14 aprel 2023-cü il tarixinə 627 nəfər xəstələndi. Hazırda bölgədəki səhiyyə müəssisələrində 19 tələbənin vəziyyəti sabit olaraq qiymətləndirilir" deyib.