Ticarət mərkəzində şiddətli yanğın - DAM ÖRTÜYÜ ÇÖKDÜ

13:55 11.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bursanın Osmangazi rayonunda yerləşən ən böyük alış-veriş mərkəzlərindən (AVM) birində dam örtüyü çöküb.

Hafta.az-ın "Sabah"a istinadən yazdığına görə, çökməyə səbəb damda başlayan yanğın olub. Yanğınsöndürmə maşınları, təcili tibbi yardım maşınları bölgəyə göndərilib. Axtarış-xilasetmə prosesində xüsusi öyrədilmiş itlərdən də istifadə olunur. 

Bursa Bələdiyyəsinin sədri Alinur Aktaş jurnalistlərə hadisəylə bağlı ilkin məlumatları verib. Mərkəzin daxilindən çəkilmiş şəkillərdən də göründüyü kimi, dam örtüyünün məhz günorta saatlarında - alış-verişin ən izdihamlı vaxtında çökməsi itkilər barədə narahatlığı artırır. Amma rəsmi xəbərlərə əsasən, hadisədə ölən və ya yaralananların olmadığı bildirlir. 

Bələdiyyə sədri Ali Aktaşın məlumatına görə, yanğın AVM-dəki geyim dükanlarından birində başlayıb.