Ticarət obyektlərinin fəaliyyəti bərpa olunub

10:11 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib.

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir.