Tikilməkdə olan evin divarı uçub, ölənlər var

09:55 03.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.

Hafta.az-ın məlumatına görə, vilayətin Araban rayonunda tikilməkdə olan evin divarının uçması nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

Məlumata əsasən, hadisə axşam saatlarında baş verib.

Yaralı olan 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb.