Tom Kruzdan səmimi mesaj: “Sizin üçün yaşayıram”

09:34 29.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Tom Kruz xoşbəxtliyini sosial media hesablarında “Mission: Impossible – The Final Reckoning” kassada record qırdıqdan sonra yazdığı emosional məktubla bölüşüb.

Hafta.az-ın “Variety”ə istinadən yazdığına görə, “Disneyin Lilo & Stitch” filmi və qazancı artıq 541 milyon dollara çatan "Mission: Impossible" seriyasının ən son hissəsi ABŞ-da dörd günlük Milli Xatirə Günü tətilini bütün zamanların ən yüksək gəlirini götürüb.

62 yaşlı Kruz paylaşımında yazıb: "Bu həftəsonu tarix yazdı! Hər bir rejissora, hər bir aktyora, hər bir quruluşçuya və studiyalarda çalışan hər kəsə təbrik və təşəkkürlər. Həmçinin kinoteatrları işlədən və tamaşaçılara filmləri çatdıran hər bir işçiyə təşəkkür etmək istəyirəm".

Məşhur aktyor həmçinin Paramount Pictures və Skydance studiyalarına uzun illər əməkdaşlığa və dəstəyə görə təşəkkür edib. Kruz sözlərini belə davam etdirib: “Ən əsası isə bütün dünyada izləyicilərə təşəkkür edirəm. Bu filmləri sizin üçün çəkirik və sizi əyləndirməyi sevirik”.

ABŞ kassasında “Mission: Impossible – The Final Reckoning” serialın ən yaxşı açılışını etdi, üç günlük həftəsonu 63 milyon dollar, dörd günlük tətildə isə 77 milyon dollar gəlir götürdü. Serialın əvvəlki rekordu 2018-ci ildə 61 milyon dollarla “Missiya: Impossible – Fallout” filminə məxsus idi.

Paramount-un distribütor direktoru Kris Aronson filmin açılış uğuru haqqında deyib: "Serialdakı səkkizinci filmin belə rekord açılışa sahib olması həqiqətən əlamətdardır. Bu, serialın nə qədər güclü və uzunömürlü olduğunu göstərir. Tom və rejissor Kristofer MakQuarrinin gördüyü iş bugünkü kino dünyasında heç kəsə bənzəməyən bir baxış təcrübəsidir".