Tovuzda ikimərtəbəli ev yanıb

09:49 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Çatax kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 260 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi, zirzəmisinə yığılan ot bağlamaları və bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 33