Tovuzda saxta vaksin pasportu satan tibb bacısı saxlanılıb

13:07 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanılıb.

Bu barədə hafta.az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Şöbə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.

Araşdırma aparılır.