Gəlin namizədi Tik-Tok vasitəsi ilə toya hazırlıq xərclərini necə azaltmağın yollarını açıqlayıb. Elə bu videosu da başına bəla olub.
Hafta.az xəbər verir ki, Şaan Teylor toy tortunu Krispy Kreme kafesinin ruletləri ilə əvəzləməyi məsləhət görüb. Həmçinin bahalı avtomobildən imtina etməyə, arzular kitabını bir kənara qoymağa çağırıb. Həmçinin Teylor nikah üzüyünü onlayn sifariş edib, gəlin fatasını isə 2-ci əl mağazadan alıb. Bundan əlavə, toy dəvətnamələri əvəzinə qonaqlara SMS göndərib. Bununla da 200 funt xərclərini azaldıb. Şaan toy mərasimini həftə içi günlərindən birində təşkil edəcəyini söyləyib. Bu da həftə sonları ilə müqayisədə xeyli ucuzdur. Süni güllərdən isə gül buketi düzəldib.
Onun bu təkliflərini bir çoxları bəyənsə də, sosial şəbəkə vasitəsi ilə Şaanı ölümlə təhdid edənlər də tapılıb. Bu cür məsləhətlərlə çıxış etməyin onu çox yaşatmayacağını söyləyiblər. Hələlik təhdidin kim və ya kimlər tərəfindən edildiyi bilinmir.