Toyundan dərhal sonra bir qadını zorladı, ARVADINI VƏ BACISINI ÖLDÜRDÜ, ÖZÜ İSƏ...

16:50 25.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada dəhşətli cinayət qeydə alınıb.

Hafta.az 5-tv.ru-ya istinadla xəbər verir ki, Tatarıstan sakini iki qohumunu öldürdükdən sonra Ufa-Moskva magistral yolunda ölü tapılıb.

Belə ki, yanvarın 20-də 25 yaşlı gənc 21 yaşlı qızla ailə həyatı qurub. Toy ailə arasında qeyd edilib və yalnız ən yaxın dostlar dəvət olunub.

Yanvarın 23-nə keçən gecə yeni evlənənlər qonaqları evlərinə yola salıblar, bundan sonra qatil, öz mənzilinə qayıdıb, burada arvadını və onun 18 yaşlı əmisiqızını bıçaqlayaraq qətlə yetirib.

Bundan sonra həmin şəxs atasının silah seyfini sındıraraq oradan iki silah götürərək Kazanın mərkəzinə gedib. Orada 47 yaşlı qadına hücum edərək onu zorlayıb və qaçıb. Daha sonra cinayətkar kafenin yaxınlığındakı yolda öz həyatına son qoyub.

İstintaq Komitəsində “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 1188