Tramp prezidentlik kampaniyası üçün pul çatışmazlığı ilə üzləşə bilər

18:31 19.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz prezidentlik kampaniyasını maliyyələşdirmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər, çünki Respublikaçılar Partiyasının əsas maliyyəçiləri Florida ştatının qubernatoru Ron Deantis və digər potensial namizədlərə yönəlir. Bu barədə The Hill yazır.

Tramp komandasının 110 milyon dollardan çox ehtiyatı olsa da, federal qanun onun bütün bu vəsaitləri kampaniyasını inkişaf etdirmək üçün istifadə etməsinə mane olur, çünki pulun böyük hissəsi rəsmi olaraq keçmiş prezident və onun seçki qərargahı ilə əlaqəli olmayan təşkilatlar tərəfindən toplanıb. “The Hill” yazır ki, Tramp fondun sərəncamında olan bütün vəsaitlərin yalnız 13,5 milyon dollarını istifadə edə bilər.